2018-04-14 01:25:44   |   340 dəfə oxunub

Ağ ev: Rusiya Suriyada kimyəvi silahlı hücumun qarşısını almayıb


Rusiya Suriyada kimyəvi silahlı hücumun qarşısını almayıb.
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.
"Biz əvvəlki kimi əminik ki, Duma şəhərində kimyəvi hücumun arxasında Suriya hökuməti durur. Hadisəyə görə həmçinin Rusiya məsuliyyət daşıyır. Çünki rəsmi Moskva hücumun qarşısını almayıb”, deyə S.Sanders qeyd edib.
Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.






SON XƏBƏRLƏR

2018-09-22