2018-04-17 14:11:58   |   422 dəfə oxunub

Tətbiqi Politologiya Mərkəzinin “Qərbi Kaspi” siyasi dərgisi işıq üzü görüb


Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin "Qərbi Kaspi” siyasi dərgisi işıq üzü görüb. 

"Sherg.az"ın xəbərinə görə, rüblük nəşri nəzərdə tutlan dərgidə Azərbaycanın yer aldığı bölgədə və dünyada baş verən əsas hadisələrin analizi verilib. Nəşrdə Tətbiqi Politologiya Mərkəzinin ekspertlərinin və bir neçə kənar müəllifin yazısı yer alıb.

 Dərgidə Tətbiqi Politologiya Mərkəzinin 2017-ci ilin sentyabr ayından bugünə qədər fəaliyyət göstərdiyi müddətdə həyata keçirdiyi tədbirlər və görüşlər də əks olunub. 


Dərgidə Çexiyanın Azərbaycandakı səfirinin müşaviri Petr Vaqnerlə müsahibə də dərc olunub. Müsahibədə cənab Vaqnerin Çexiya-Azərbaycan münasibətlərinin 100 illik münasibətlərini əks etdirən kitabın hazırlanmasından və kitabda yer alacaq maraqları faktlardan danışılır.

Dərginin təqdimatı aprelin 18-də Universitetdə keçiriləcək. Mətbuat nümayəndələri dəvətlidirlər. Tədbirdə Mərkəzin rəhbəri olaraq mənim Ankarada keçirdiyim görüşlərdən və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək roldan danışılacaq. Ayrıca, Tətbiqi Politologiya Mərkəzinin Cümhuryyətin 100 illiyinə həsr olunacaq növbəti nəşrinin müzakirələri apaırlacaq.






SON XƏBƏRLƏR

2018-12-14