2018-04-17 15:32:28   |   2387 dəfə oxunub

"Bu yolların təmizliyini xüsusi texnikalar həyata keçirsin !" - BNA-dan təklif




"Baş Dövlət Yol Polisinin rəhbərliyi öz imkanları çərçivəsində 500 jilet alıb, kommunal təsərrüfat içkilərinə payladılar. Amma bu vəziyyətdən çıxış yolu deyil”.

Bunu "Sherg.az”-a süpürgəçi qadının küçədə qəzaya düşməsindən sonra yollarda görülən təhlükəsizlik tədbirlərindən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib. 

O diqqətə çatdırıb ki, yol polisi və Bakı Nəqliyyat Agentliyi (BNA) təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təşəbbüslər irəli sürüb:

"Qurumdan bildirilib ki, sürət həddinin yüksək qoyulduğu yolların təmizliyini insanlar deyil, xüsusi texnikalar həyata keçirsin. Zənnimcə, bu xeyli vəsait tələb edən işdir. Ona görə, Nazirlər Kabinetinin məsələyə nə vaxt baxacağı məlum deyil.

Yol polisinin işçilərə xüsusi jiletlər paylaması təqdir edilməli haldır. Çünki küçələri təmizləmək üçün hələlik texnika yoxdur. Bu işi həyata keçirən insanları isə qorumaq vacibdir. Həmin jiletlər işçiləri müəyyən qədər mühafizə edir. Amma bu da problemi tam şəkildə həll etmir. İnsanlar da öz həyatlarına qarşı diqqətli olmalıdırlar. Hansısa su qabının, yaxud atılmış siqaret kötüyünün yolda qalması insan həyatından önəmli deyil.

Kommunal-təsərrüfat işçiləri ilə bərabər sürücülər də görüntünün zəif olduğu yerlərdə, insanların yol kənarında işlədiyi küçələrdə, döngələrdə diqqətlə hərəkət etməlidirlər. Ani bir diqqətsizlik qəza hallarına səbəb ola bilər”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-16
2018-07-15