2018-04-20 16:26:34   |   644 dəfə oxunub

"Dağlıq Qarabağa getməyə razılıq verməmişəm" - Hollivud ulduzu


"Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm". Lent.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Hollivud ulduzu Stiven Siqal "Facebook" səhifəsində yazıb.

Aktyor Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O deyib ki, bu cür məlumatlar doğru deyil:

"Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm".

Qeyd edək ki, Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatı xəbər yayıb.




SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26