2018-04-20 21:04:28   |   348 dəfə oxunub

ABŞ-a ismarıc:"Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox"


Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-a "öz işləri ilə məşğul olmağı" məsləhət görüb.

"Sherg.az"Trend-ə istinadən bildirir ki, bu açıqlama Vaşinqtonun Türkiyədə erkən seçkilərin təyin olunması ilə bağlı Ankaranın qərarını tənqid etməsinə cavab olaraq verilib.

Qeyd olunur ki, ABŞ Dövlət departamenti Türkiyədə davam edən fövqəladə vəziyyət fonunda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin çətin olacağı barədə açıqlama yaymışdı.

Buna cavab olaraq B.Yıldırım ABŞ-ı öz seçkilərinə diqqət verməyə çağırıb: "ABŞ-da hələ də seçkilərlə bağlı müzakirələr səngimir. Əgər amerikalılar özləri görmək istəyirsə, gəlib baxsın, Türkiyədə seçkilər şəffaf keçir, yoxsa yox".

Xatırladaq ki, Türkiyədə erkən prezident və parlament seçkiləri bu il iyunun 24-ə təyin olunub.






SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25