2018-04-25 14:14:11   |   912 dəfə oxunub

" "MilliÖn” aparatlarındakı problemlərdən çıxış yolu üçün unikal TƏKLİF

Cahid İsmayıloğlu:"Təklif edirəm ki, bütün bunlar mərkəzi sistemdə cəmləşdirilsin. Əməliyyat şirkətinin ofisində onlayn şəkildə hansı aparatlarda problem olduğu dərhal görünsün"



""MilliÖn” aparatları mini kompüterlər şəklində, müəyyən əməliyyat sistemi vasitəsilə işləyir. Ona görə, bu cihazlara mütəmadi qulluq vacibdir”.

Bu barədə "Sherg.az”a sakinlərin "MilliÖn” aparatları barədə şikayətlərindən danışarkən İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirib. 

O qeyd edib ki, aparatların həm texniki avadanlıqlarına, həm də proqram təminatına diqqət yetirilməlidir:

"Bu xidmət müəyyən xətadan bir həyata keçirilməldir Çünki hava şəraiti, hansısa əməliyyatla əlaqədar yaranan xətalar aparatların işləməməsinə səbəb ola bilər.

Təklif edirəm ki, bütün bunlar mərkəzi sistemdə cəmləşdirilsin. Əməliyyat şirkətinin ofisində onlayn şəkildə hansı aparatlarda problem olduğu dərhal görünsün. Belə təşkil edilərsə, dərhal həmin aparatlara göndəriş, müdaxilə təmin edilər. Mərkəzi sistemləşdirmə sayəsində şirkət hansı bölgədə, hansı aparatlarda problem olduğunu dərhal biləcək”.

Qeyd edək ki, "Milli Ön” aparatı ilə bağlı növbəti xoşagəlməz hal Bakı şəhəri Moskva prospektində ("Şamaxinka” kimi tanınan ərazi, üzü mərkəzə doğru) yerləşən dayanacaqda qeydə alınıb. Şikayətçilər bildiriblər ki, dayanacaqdakı 3 aparatdan yalnız "BakıKart”a məxsus olanı işləyir, digər iki aparat isə nasazlıq səbəbindən işləmir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17