2018-04-25 16:30:06   |   2349 dəfə oxunub

"İşsizliklə bağlı açıqlanan rəqəmlər reallığı əks etdirmir" - Ekspert



"İşsizliyi yaradan problemlər araşdırılıb, aradan qaldırılmalıdır”

Bu sözləri "Sherg.az”a Süd və süd məhsulları istehsalçısı "Atena” şirkətinin 250 nəfəri işdən çıxarmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O diqqətə çatdırıb ki, indiki dövrdə işdən azad olunma yaxşı hal deyil:

"İşsizlik ciddi problemlərdən biridir. Bizdə işsizlik faizi rəsmi rəqəmlərdə aşağı göstərilir ki, bu da reallığı əks etdirmir. Çünki işçilərin hesabata alınması qaydası fərqlidir. Bizdə ancaq işsizliklə bağlı müəyyən qurumlara müraciət edənlər işsiz sayılır. 

Onlar işsiz kimi qeydiyyata alınır. İnsanların işini itirməsi hadisəsinin olması, ixtisarların aparılması ürəkaçan deyil. Bu, həmin istehsal sahələrində çalışan, rəhbərlik edənlərin şirkətlə bağlı siyasəti ilə əlaqədardır. Bunu araşdırnaq lazımdır. İşçilər işdən nə üçün çıxarılıb. 

Onları buna nə məcbur edib? Bu məsələlər araşdırılmalıdır. İşçiləri ixtisar edən şirkətin rəhbəri məsələyə aydınlıq gətirsə, yaxşı olar. Böyük ehtimal işdən azad edilmələr satış bazarının və xammal bazasının azalması ilə əlaqədardır. 

Ona görə də, belə ixtisarlara başlanıb. Düşünmürəm ki, satışı yaxşı olan şirkətlər, zavdlar belə bir addım atsın. Deməli, satışla bağlı problemlər var. Bütün hallarda məsələ araşdırılmalıdır".

Qeyd edək ki, Süd və süd məhsulları istehsalçısı "Atena” şirkətinin işdən çıxarılan 250 nəfərdən çox işçisi etiraz aksiyası keçirib. İşdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-08-17