2018-04-25 16:57:21   |   399 dəfə oxunub

“İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə korporativ biznes” mövzusunda konfrans



25 aprel 2018-ci ildə UNEC-in Rus İqtisad Məktəbində "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə korporativ biznes” mövzusunda Elmi- praktiki konfrans keçirilib. Tədbirdə qanunvericilik və icra hakimiyyəti organlari, iri biznes, elm, tədris strukturlarının nümayəndələri, Rusiya Federasiyasının Ticarət nümayəndəsi E. Tlyabiçev, Rusiyanın Azərbaycanda İxrac mərkəzinin rəhbəri N. Quliyev, "ROSSUTRUDNİÇESTVO”-nun Azərbaycan nümayəndəliyinin rəhbərinin müavinin A. Kalamin, eləcə də Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi O. Kudryavtseva iştirak ediblər. 
Elmi- praktiki konfransın moderatoru Rus İqtisad Məktəbinin direktor müavini, i.e.d., professor Elşad Məmmədov olub.
Konfransı giriş sozu ilə UNEC-in Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov açıb.

Konfransda iqtisadiyyatı inkışaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iri biznesin fəaliyyəti, fond bazarlarının formalaşması kontekstində korporativ maliyyənin inkişafı, iqtisadiyyatın klasterləşməsində iri biznes qurumlarının rolu və digər məsəslələr müzakirə edilib.
Konfransın yekununda müasir iqtisadi şəraitdə korporativ biznesin dayanıqlı inkişafı üçün dövlətin, elmin və biznesin səylərinin konsolidasiya edilməsinin və inteqral yanaşmanın tələb olunduğu barədə tədbir iştirakçılarının yekdil fikirdə olduqları qeyd edilib.
Konfrans çərçivəsində Rus İqtisad Məktəbi və biznes strukturlarının əməkdaşlığı barədə 7 müqavilə imzalanıb.






SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17