2018-04-26 00:40:20   |   220 dəfə oxunub

Bir türk əsgəri şəhid oldu, dördü yaralandı



Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.
APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir əyalətinin Lice rayonunda baş verib. Məlumata görə, əsgərlər terrorçular tərəfindən atəşə tutulub.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb.







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19