2018-04-26 11:43:34   |   319 dəfə oxunub

Gül də, Davudoğlu da prezidentliyə layiqdir

“Müxalifət birləşib bu iki şəxsdən birini vahid namizəd kimi dəstəkləyə bilər”



Türkiyədə növbədənkənar prezident seçkiləri ilə bağlı keçmiş ölkə başçısı Abdullah Gül və eks baş nazir Əhməd Davudoğlu bir araya gəlib.

Görüş keçmiş prezidentin dəvəti ilə baş tutub. Türkiyə mediasına istinadən aldığımız xəbərə görə, Davudoğlu və Gül müxalifətin seçkiyə vahid namizədlə getməsi məsələsini gündəmə gətiriblər. İddialara görə, keçmiş prezident Abdullah Gül və ya Əhməd Davudoğlunun hər ikisi müxalifətin vahidi namizəd olmaq niyyətindədir. 

Politoloq Qabil Hüseynli Abdullah Güllə keçmiş baş nazirin proseslərə qoşulmasını müsbət hal hesab edir. O hesab edir ki, müxalifət birləşib bu iki şəxsdən birini vahid namizəd kimi dəstəkləyə bilər: 

"Zənnimcə, hər ikisi dövlət başçısı postuna layiqlidir, lakin cəmiyyət içərisində Abdullah Gülün ağırlığı daha yüksəkdir. CHP və Səadət Partiyası və digər kiçik partiyalar da Gülün namizədliyini dəstəkləsə, seçkilərin qalibi ola bilərlər. Faktiki olaraq Türkiyə cəmiyyətində əhval-ruhiyyə hökumətə müxalifdir. Rəcəb Tayyib Ərdoğan isə son zamanlar ölkənin kursunu düzgün istiqamətləndirə bilmir. Onun əsəbi və təhqiramiz cavabları da real vəziyyətdən xəbərdar olduğunu göstərir.

Q.Hüseynlinin sözlərinə görə, Gülün müxalifətin namizəd olmasına yeganə əngəl İYİ partiyasının sədri Meral Akşenerdir. Əgər o öz namizədliyni irəli sürməsə, vahid namizədlə seçkilərə qatılan müxalifət Türkiyəni tamamilə dəyişəcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19