2018-04-26 17:47:22   |   2510 dəfə oxunub

"Aprel şəhidi"nin adı hələ də əbədiləşməyib - Atası israr edir, icra başçısı "gözlə" deyir




"Şəhidin adını əbədiləşdirmək üçün onun şəhidlik statusuna uyğun küçə seçilməlidir”

Bu sözləri "Sherg.az” Aprel döyüşlərində qəhramancasına şəhidlik zirvəsinə ucalan Murad Mirzəyevin adının əbədiləşməsi ilə bağlı danışarkən şəhidin atası Telman Mirzəyev söyləyib.

T.Mirzəyev söyləyib ki, bu məsələ ilə bağlı rayon icra başçısı ilə bir neçə dəfə görüşüb:


"Hələlik müzakirələr aparılır. Adi, sıradan bir küçəyə şəhidin adının verilməsi doğru deyil. Bunun üçün mərkəzi küçə nəzərdə tutulmalıdır.Həmin küçə mərkəzdə yerləşməklə yanaşı gərək abadlıq baxımındanda yaxşı vəziyyətdə olmalıdır. Bu mənada hesab edirəm ki, Muradın adının əbədiləşməsinə zaman lazımdır. Həm küçə seçiminə, həm də abadlıq baxımından zamana ehtiyac var. Cənab prezident, icra başcısı və "Şərq” qəzeti daim yanımızda olub. Hörmətli Prezidentimizdən tutmuş sadə insanlara kimi məm hamıdan razıyam”.

Qeyd edək ki, aprel hadisələrində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin Bakıda və ya dünyay göz açdığı Sabirabad rayonunda adına məktəbin, küçənin veriləcəyi deyilsə də, hələ ki bu, baş tutmayıb”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19