2018-04-26 20:32:52   |   2358 dəfə oxunub

"Azərbaycanla Böyük Britaniya arasındakı razılaşmaların böyük əhəmiyyəti var”- Açıqlama



"Azərbaycan - Böyük Britaniya münasibətləri müsbət inkişaf tempində formalaşıb”.

Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin Böyük Britaniya səfərinin əhəmiyyətin danışarkən millət vəkili Araz Əlizadə bildirib. 

Deputat iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu xatırladıb:

""British Petrolium” şirkəti "Əsrin müqaviləsi”ndə aparıcı kampaniyalardan biridir. Azərbaycanın Böyük Britaniyada, eynilə Böyük Britaniyanın Azərbaycanda ciddi iqtisadi maraqları mövcuddur. Ona görə, gələcək əlaqələrin daha da güclənməsi, əməkdaşlığın artan səviyyədə saxlanması üçün iki dövlət arasındakı razılaşmaların böyük əhəmiyyəti var”.

Qeyd edək ki, bu gün prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb. Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşən ölkə başçısı "Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17