2018-04-27 00:52:00   |   274 dəfə oxunub

ABŞ-ın yeni dövlət katibi təsdiqləndi


ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun təyinatı 100 senatordan 57-si tərəfindən dəstəklənib.

Bundan əvvəl Mayk Pompeonun namizədliyi Senatın Xarici İşlər Komitəsi tərəfindən dəstəklənmişdi

M.Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.


Qeyd edək ki, M.Pompeo 2017-ci ilin yanvarından 2018-ci ilin martınadək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.







SON XƏBƏRLƏR

2018-08-17