2018-04-27 01:37:02   |   351 dəfə oxunub

Londonda heç-heçə, "Marsel" qalib gəldi


Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, erkən final adlanan oyunda London "Arsenal”ı Çempionlar Liqasında "Qarabağ”la eyni qrupda mübarizə aparmış "Atlletiko”nu qəbul edib. 10-cu dəqiqədə azlıqda qalmasına baxmayaraq, Madrid klubu səfərdən sərfəli nəticə ilə dönməyi bacarıb. Qrizmannın qolu cavab oyunu öncəsi "Atletiko"ya üstünlük qazandıb.
Digər görüşdə isə turnirin sürpriz komandası sayılan "Zalsburq” Fransada "Marsel”in qonağı olub. Lakin Avstriya klubunun bu dəfə sensasiyaya gücü çatmayıb. Hər hissədə 1 qol vuran Fransa klubu qələbə qazanıb.

26 aprel
Avropa Liqası

Yarımfinalın ilk oyunları

"Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1
Qollar: Lakazet, 61 (1:0), Qrizmann, 82 (1:1)
Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Klemen Turpin (Fransa)
London. "Arsenal” stadionu

"Marsel” (Fransa) – "Zalsburq” (Avstriya) - 2:0
Qollar: Tauvin, 16, N`Jie, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. "Velodrom” stadionu






SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25