2018-04-27 01:49:56   |   329 dəfə oxunub

Hava almaq üçün balkona çıxdı, düşüb öldü



İzmirin Buca qəsəbəsində dostları ilə spirtli içki qəbul edən Buse Erdoğan (22), hava almaq üçün çıxdığı balkondan düşüb, öldü.



Hadisə, gecə baş verib. Universitet tələbəsi Buse Erdoğan, qaldığı yataqxanadakı evində iddiaya görə, dostları ilə spirtli içki qəbul edib. Yoldaşları yatdıqdan sonra hava almaq məqsədiylə balkona çıxan Buse, tarazlığını itirərək üçüncü mərtəbədən yıxılaraq betonun üstünə düşüb.
Səs-küyə çölə çıxan məhəllə sakinləri gənc qızı yerdə qanlar içində görüb dərhal sağlamlıq qruplarına bildirib. Hadisə yerinə gələn sağlamlıq qrupunun müayinəsi zamanı Erdoğanın həyatını itirdiyi məlum olub.
Məlum olub ki, Erdoğan içən zaman yoldaşlarına "İntihar etmək istəyirəm” deyib. Polis ölüm hadisəsi ilə əlaqədar istintaqa başlayıb.







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25