2018-04-30 12:57:55   |   584 dəfə oxunub

Formula 1 komandaları bu gündən Azərbaycanı tərk edir, yükləri isə...



Bakıda Formula 1 Azərbaycan Qran Prisində iştirak edən komandalar artıq ölkəmizi tərk etməyə başlayıblar.
Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, yarış bitəndən sonra, növbəti gün komandalar ölkəni tərk edirlər.
Komandaların yüklərinin və avadanlıqlarının daşınmasına gəlincə, N.Arpadarai qeyd edib ki, adətən, yarış bitən kimi avadanlıqların yığılmasına başlanılır və bir-iki gün ərzində artıq ölkədən aparılır.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran-Prisi keçirilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 yarışları da baş tutub.






SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25