2018-05-02 18:46:54   |   3155 dəfə oxunub

“Xalqın şairi” şeir müsabiqəsi niyə yarımçıq qalıb ? - Aydınlıq gətirildi

Qulu Ağsəs:"Bu layihə sırf maliyyə çatışmazlığına görə,sona çatdırılmadı"




""Xalqın şairi”ndə finalçılar məlumdur. Qalibə hədiyyə ediləcək ev tikilib, hazır olduqda müsabiqə qaldığı yerdən davam edəcək”.

Bunu "Sherg.az”a ARB telekanalının efirində yayımlanan "Xalqın şairi” şeir müsabiqəsinin taleyi barədə danışarkən şair, publisist Qulu Ağsəs deyib. 

O diqqətə çatdırıb ki, bu layihə sırf maliyyə çatışmazlığından yarımçıq qalıb:

"Əslində müsabiqə yekunlaşıb. Sadəcə qalibin seçilib, mükafatlandırılması qalıb”.

Layihənin yeni mövsümünün olub-olmayacağına gəlincə, Qulu Ağsəs bu barədə məlumatlı olmadığını diqqətə çatdırıb:

"Mən layihədə jüri idim. Ona görə, yeni mövsüm olub-olmayacağını dəqiq deyə bilmərəm. Bununla bağlı televiziya rəhbərliyi hələlik heç bir açıqlama səsləndirməyib”.

Qeyd edək ki, ARB telekanalında yayımlanan "Xalqın şairi” verilişi bu ilin yanvar ayında yarımçıq dayandırılıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-20