2018-05-16 11:15:30   |   129 dəfə oxunub

“Ana günü” təsis olunsun

“Verilən təklif ailə dəyərləri, ana, qadın faktoruna kifayət qədər diqqət artırmaq üçün mühüm amildir”



Parlamentin Ailə, qadın və uşaq komitəsinin iclasında deputat Ağacan Abiyev Azərbaycanda "Ana günü”nün təsis edilməsini təklif edib. Deputat vurğulayıb ki, hər şey anaya olan hörmətdən başlayır, ona görə də belə bir gün təsis edilməlidir.

Komitə sədri Aqiyə Naxçıvanlı isə deyib ki, ziyalı ailələrdə belə günlər qeyd olunur: "Uşaqlar harada olursa, olsun, xüsusi günlərdə valideynlərin başına toplaşırlar. Bu ənənə var. "Ana günü”nün təsis edilməsi təklifi də maraqlıdır”.

Dünyanın bir çox ölkələrində analar günü kimi qeyd olunsa da, Azərbaycanda belə bir tarix qeyd edilmir. Türkiyə və bəzi xarici ölkələrdə hər il müxtəlif günlərdə Analar Bayramı kimi yadda qalır.


Deputatın təklifi ilə bağlı fikirlərini "Şərq”lə bölüşən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə "Analar günü”nün təsis edilməsini dəstəklədiyini dedi: 

"Verilən təklif ailə dəyərləri, ana, qadın faktoruna kifayət qədər diqqət artırmaq üçün mühüm amildir. Lakin bu dəyərləri yalnız günlə idarə etmək kifayət deyil. Yadda qalmaq, təbliğ edilmək üçün insan şüuruna münasibəti dəyişmək mümkündür. Düşünürəm ki, başqa addımların atılması qadınların sosial müdafiəsi, iqtisadi vəziyyətinin yaxşılaşdırılması və analara yeni statusların verilməsi çox yaxşı olardı.
Bütün dünyada olduğu kimi ölkəmizdə də belə bir günün qeyd olunması pis olmazdı. Əslində bizdə analar həmişə müqəddəsdi”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-05-26
2018-05-25