2018-05-21 14:45:59   |   1461 dəfə oxunub

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı işıq üzü görüb


Tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaraca və tarix elmi üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” qəzeti və "Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı işıq üzü görüb. 

"Sherg.az"ın xəbərinə görə, kitabın təqdimat mərasimi mayın 24-ü saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutacaq.

Qeyd edək ki, "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamına uyğun dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda əksini tapıb.

Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.

Məlumat üçün bildirək ki, kitab Veyseloğlu Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.

Ayyət





SON XƏBƏRLƏR

2019-03-21