2018-05-21 19:01:57   |   1680 dəfə oxunub

"Dərmanını atmasa, beynində ciddi problem yaranar" - Musa Yaqubun qızı



"Atamın ürəyinə su yığılmışdı, səhhəti ona görə ağırlaşıb”.

Bu barədə "Sherg.az”a tanınmış şair Musa Yaqubun qızı Yaqut xanım atasının vəziyyəti barədə danışarkən deyib. O bildirib ki, şairin narahatlığı hələ də qalır:

"Ürəyinə su yığıldığına görə, atam təngənəfəslikdən əziyyət çəkirdi. Səhhəti ağırlaşanda həkimə apardıq, ürəyindəki suyu götürdülər. Nəfəs almağı bir az normallaşıb. Amma hazırda parkinsondan çox əziyyət çəkir. Ayaqları da tutulub. Bütün narahatlığının səbəbi də parkinsondur. Hətta bu xəstəlikdən dolayı nitqində də problem yaranıb”.

Yaqut xanım Musa Yaqubun həkimləri ilə əlaqəli olduqlarını deyib. O söyləyib ki, həftədə bir dəfə, ən uzun müddətdə 20 gündən bir müayinə, müalicələrə gedirlər:

"Parkinsonu müalicə edən həkim Əli bəy Türkiyədən gəlir. Mayın 25-i onun qəbulunda olmalıyıq və müayinələr olacaq. Ürək həkimi ilə görüşəcəyik. Atamın parkinson dərmanları
Türkiyədən gətirilir. Bir həftə dərmanını atmasa, beynində ciddi problem yaranır.

İndi İsmayıllıda, Buynuz kəndindəyik. Atam evdə müalicəsini davam etdirir, bütün ailə üzvləri də yanındadır. Düzdür, fevral ayında atam reanimasiyada bir az qaldı, müalicə aldı. Amma çox narahat olurdu, ona görə, indi bütün prosedurları evdə edirik”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25