2018-05-25 13:12:01   |   467 dəfə oxunub

Azərbaycanlılar daha çox İranı seçirdi, amma indi qiymətlər qalxıb

Yay aylarında Türkiyə və Gürcüstana gedən vətəndaşlarımızın sayı artacaq



Bu ilin yanvar-aprel ayları ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan və Rusiyaya gedənlərin sayı isə azalıb. Ümumilikdə 2018-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1289,0 min nəfər olub.

Ölkə vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiyaya, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4 faizi kişilər, 31,6 faizi isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6 faiz artıb, Türkiyəyə gedənlərin sayı 16,1 faiz, Gürcüstana gedənlərin sayı 3,6 faiz, Rusiyaya gedənlərin sayı 1,1 faiz azalıb. Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq”ə bu ilin yanvar-aprel ayları ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə və Gürcüstan gedənlərin sayı azalması ilə bağlı olan məlumatın səbəblərindən danışıb.

Onun sözlərinə görə, xaricə üz tutan vətəndaşlarımız səfər səbəbləri və getdiyi ökələr fərqlidir: "Məsələn, İrana gedən vətəndaşlarımızın getmə səbəbləri digərlərindən seçilir. İrana getmə məqsədlərindən dolayı vətəndaşlarımızı üç qrupa bölmək olar. Birinci qrupa dini səfərlərlə bağlı zəvvarlarımızı aid etmək olar. Bilidiyimiz kimi, İrana bizim çox saylı zəvvarlarımız bəzi müqəddəs dini yerləri ziyarət etmək üçün gedir. İnci qrupa müayinə və müalicə ilə bağlı olaraq gedənlər aiddir. Əvvəllər daha çox vətandaşlarımız müalicə almaq üçün İrana səfər edirdi. Son zamanlar bu məqsədlə ora gedənlərin sayında azalma müşahidə olunur. Bunun səbəbi İranda milli valyutanın dollar qarşısında dəyərini itirməsi ilə bağlı xəstəxanalar xidmətlərin qiymətləri qaldırmasıdır. Xüsusi ilə də əcinəbi vətəndaşlar üşün artıq qiymət artımı ediblər.

 Xərclərin qiymətini qaldırılması bu məqsədlə Azərbaycandan İrana gedən əhalinin sayının azalmasına səbəb olub. Üçüncü qrup daxil olan vətəndaşlarımız əsasən ticarətlə bağlı səfər edirlər. Əsasən kiçik və orta bizneslə məşğul olan vətəndaşlardır. Bu göstəricilər içində digər məqsədlə İrana gedənlər də var. Amma əsasən bu üç məqsəd üçün gedirlər. Qohumlarının yanına, istirahətə gedənlərin faizlə göstəriciləri bu üç məqsədlə gedənlərin faizlə göstəricisindən çox azdır. 

Bundan başqa İrandan da Azərbaycana daha çox turist gəlir. Xüsusən də, mart ayında Novruz bayramda iştirak etmək üçün səfər etmişdilər. Təxminən 100 minə yaxın İran vətəndaşı Novruz bayramında ölkəmizə gəlmişdilər. Türkiyə və Gürcüstana gedən vətəndaşlarımızın azalma səbəbinə gəldikdə isə, bu ölkələrə əsasən yay və payızın əvvələrindəki aylarda gedirlər. Onlar əsasən dincəlmək, istirahət etmək üçün səfər edirlər. Buna görə də ilin birinci dörd ayında Türkiyə və Gürcüstana gedənlərin sayında azalma var. Belə düşünürəm ki, ilin ikinci dörd ayında bu iki ölkəyə gedən vətəndaşalrımızın sayında dəyişiklik olacaq”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17