2018-05-25 16:07:00   |   324 dəfə oxunub

"Düşmənin Ağdamdakı hərbi təlimi Azərbaycana əzələ nümayişidir"



"Son vaxtlar Ermənistanın işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirməsi düşmənin cəbhədə mövqelərini möhkəmləndirmək istəyindən xəbər verir”.

Bunu "Sherg.az”a Ermənistan hərbi birləşmələrinin işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində hərbi təlimlər keçirməsindən danışarkən hərbi, siyasi icmalçı Ramil Məmmədli deyib. 

Onun sözlərinə görə, düşmənin digər məqsədi erməni cəmiyyətinə ismarıc ünvanlamaqdır:

"Təlimlərin Ağdamda keçirilməsi isə həm də Azərbaycana əzələ nümayişidir. Əslində Ermənistanın həm hərbi, həm də siyasi rəhbərliyi yaxşı bilir ki, Azərbaycan Ordusunun imkanları çox güclüdür və bu, heç bir halda bizə qarşı təzyiq ola bilməz. 

Biz 2016-cı ildə Ermənistan ordusunun müdafiə və hücum qabiliyyətini gördük. Hazırda da bu orduda ciddi dəyişiklik yoxdur. Bir sözlə, bu təxribat heç bir halda Azərbaycanı narahat etməməlidir”.

Qeyd edək ki, son vaxtlar düşmən işğal olunmuş Azərbaycan ərazilərində tez-tez hərbi təlimlər keçirdiyindən cəmiyyətdə müharibə olacağı ilə bağlı şübhə formalaşıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-06-22