2018-05-25 20:22:24   |   1250 dəfə oxunub

"AXC tarixində türk ordusunun böyük xidmətləri olub" - Fərəc Quliyev




"Azərbaycan və Türkiyə eyni millət və eyni taleli xalqdır. Ona görə, klassik deyim - "bir millət, iki dövlət” aforizmi özünü tam doğruldur”.

Bunu "Sherg.az”a Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanının hazırlanmasına münasibət bildirərkən millət vəkili Fərəc Quliyev söyləyib. O vurğulayıb ki, Türkiyə çətin və xoş günlərimizdə yanımızda olmağı bacarıb:

"100 illik yubileylə bağlı pul sikkəsinin hazırlanmasının da böyük əhəmiyyəti var. Azərbaycan Xalq Cümhuriyyətinin tarixində türk ordusunun böyük xidmətləri olub. 

Türk əsgərləri, Anadolu türkləri Azərbaycan türkləri ilə çiyin-çiyinə vuruşub, xeyli şəhidlər veriblər. Bu, onu göstərir ki, Türkiyə ilə tariximiz eynidir və bütün siyasətimizi koordinasiya etməyi bacarmalıyıq. 

Biz mədəni-iqtisadi münasibətləri çoxdan hərbi, siyasi müstəviyə daşımağı bacarmalıyıq. Eyni dövlət kimi davranmağı bacarmalıyıq. Düşmənlərimizin basqıları da göstərir ki, başqa yolumuz yoxdur. Türkiyənin son addımı, Azərbaycana jesti hər kəsi sevindirdi və yüksək dərəcədə təqdir edildi”.

Qeyd edək ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsinin çəkisi 925 əyar gümüşdən ibarətdir. Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23