2018-05-31 01:56:34   |   658 dəfə oxunub

Salah DÇ-2018-in ilk matçını buraxacaq



Misir Futbol Federasiyasının prezidenti Xani Abo Rida millinin zədəli hücumçusu Məhəmməd Salahla bağlı açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, 25 yaşlı futbolçu böyük ehtimalla Uruqvaya qarşı iyunun 15-i DÇ-2018-in qrup mərhələsində keçiriləcək ilk matçı buraxacaq. X.A.Rida Salahın Rusiya ilə oyuna kimi hazır olacağını bildirib.

Qeyd edək ki, Rusiya - Misir görüşü iyunun 19-u keçiriləcək.

Xatırladaq ki, "Liverpul"un hücumçusu M.Salah Çempionlar Liqasının finalında "Real"la matçda zədələnib.






SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23