2018-06-03 12:38:57   |   1323 dəfə oxunub

Suriyadan ABŞ-a sərt tələb


Suriya ABŞ-dan "Ət-Tanf” bazasını tərk etməyi tələb edib

Suriya baş nazirinin müavini və XİN rəhbəri Valid Müəllim ABŞ-dan ölkə ərazisində yaratdığı "Ət-Tanf” bazasını tərk etməyi tələb edib. APA-nın xəbərinə görə, V.Müəllim bu barədə Dəməşqdə mətbuat konfransında çıxışı zamanı deyib.


"ABŞ qoşunlarını Ət-Tanfdakı bazadan və Suriyanın bütün ərazisindən çıxardıqdan sonra Cənubi Suriyada təhlükəsizliyə dair razılaşma barədə danışa bilərik”, - deyə Suriya XİN rəhbəri qeyd edib.


Onun sözlərinə görə, Suriya hökuməti cənubi cəbhədəki vəziyyətə dair danışıqlarda iştirak etmir: "Bu sahə ilə əlaqədar hər-hansı sazişin bağlanılmasına dair məlumatlar İsrailin uydurmalarıdır”.






SON XƏBƏRLƏR

2018-09-24