2018-06-12 12:36:50   |   267 dəfə oxunub

İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinənlər saxlanılıb



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.

DİN -in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurlu q etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək "isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların
Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.






SON XƏBƏRLƏR

2018-08-16
2018-08-15