2018-06-12 14:59:27   |   451 dəfə oxunub

Bakı-Naxçıvan-Bakı aviabiletləri onlayn satılacaq


Bu aydan Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışı mümkün olacaq.

"APA-Economics” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verib.

"Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabiletlərin onlayn satışı artıq saytımızda fəaliyyət göstərir. Bu istiqamət üzrə ekonom sinifdə baqajın daşınması norması aviaşirkətin vahid standartına uyğun olaraq qeydiyyatdan keçən baqaj 23 kiloqramadək, əl yükü - 10 kiloqramadək təşkil edir”, - deyə məlumatda bildirilir.


Qeyd edək ki, buna qədər Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə onlayn aviabilet satışı mümkün olmayıb. Artıq iyunun 23-dən etibarən onlayn qaydada bilet almaq mümkün olacaq.






SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17