2018-06-13 11:34:01   |   348 dəfə oxunub

Qərb Gürcüstanda hakimiyyəti dəyişmək istəyir

Qarşıdakı parlament seçkilərində ölkəni etiraz dalğası bürüyəcək





Gürcüstanda inqilab əhval-ruhiyyəsi yenidən vüsət alıb. Qərbin "məxməri inqilab beşiyi” olan qonşu Gürcüstanda baş verən proseslər növbəti dəfə hakimiyyət dəyişikliyini labüd edir. Çünki mövcud hakimiyyət Qərbin "sözünə baxmır”. Gürcüstandakı etirazlara bir həftəlik fasilə verilsə də, aksiyaların genişlənəcəyi istisna edilmir.

"Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qərb Gürcüstanda hakimiyyəti dəyişmək üçün inqilab hazırlığı görür. Onun fikrincə, ABŞ və Avropa Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə çalışır:

"Bidzina İvanaşvilinin kölgəsində olan Gürcüstan hakimiyyətinin son zamanlar Rusiyaya meyillənməsi ABŞ və Avropa İttifaqının maraqlarına cavab vermirdi. Hökumətin Rusiya ilə birgə beynəlxalq nəqliyyat layihələri həyata keçirməsi Qərbin diqqətindən yayınmır və bu, narahatlıq yaradır. Bundan əlavə, Gürcüstan hökuməti vaxtilə Qərbin dəstək verdiyi Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizinə qarşı şantaj xarakterli bəyanatlar verib. 

Rusiya qazını Azərbaycan qazına qarşı alternativ kimi irəli sürüb. Ən əsası isə Tiflisin Moskvaya meyillənən münasibətləri Qərbi düşündürməyə başlayıb”. 

Analitik hesab edir ki, gürcü hökumətinin sağa, sola manevr siyasəti və ölkədə demokratiyanın boğulması, Qərbi konkret addımlar atmağa məcbur edir: 

"Qarşıdan parlament seçkiləri yaxınlaşır. Hesab edirəm ki, seçkilərdən əvvəl Tiflis və bölgələrdə etirazların başlanacağı gözləniləndir. Artıq etirazçılar hökumətin istefasını dilə gətirirlər”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-06-22