2018-06-13 17:05:42   |   522 dəfə oxunub

Azərbaycanda idxala gömrük tarifləri artırıla bilər



Dövlət Gömrük Komitəsi (DGK) məhsul idxalına tariflərin artırılması imkanını istisna etmir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” adlı jurnalistlər üçün seminar zamanı DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.

Ə.Hüseynovun sözlərinə görə, tariflərin mümkün artırılması ilk növbədə daxili istehsalın müdafiəsinə yönələcək:

"İlk növbədə bu, kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunur”.






SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23