2018-06-13 18:46:00   |   2807 dəfə oxunub

Musa Yaqubdan xəbər var: "...pisəm”




Uzun müddətdir, Azərbaycanın tanınmış şairi Musa Yaqub səhhəti ilə bağlı problemlər yaşayır. Əvvəlcə şairin yaxınları mediaya açıqlamalarında onun durumunun qənaətbəxş olmadığını, həkimlərin ürəkaçan fikirlər söyləmədiyini bildirdilər. 

Lakin sonuncu dəfə iyunun 10-da Modern.az-a danışan şairin oğlu Şəhriyar Yaqubov bir neçə gündür, atasının səhhətinin normal olduğunu deyib. O qeyd edib ki, neçə vaxtdır, səhhətində heç bir irəliləyiş olmayan Musa müəllim hazırda özünü bir qədər yaxşı hiss edir:

"Atama görə çox narahat idik. İndi şükürlər olsun ki, əvvəlki günlərdən fərqli olaraq çox yaxşıdır”.

Xalq şairinin sağlıq durumu ilə maraqlanmaq məqsədilə yenidən ailəsi ilə əlaqə saxladıq. Zəngimizə şairin özü cavab versə də, bizimlə sonacan danışa bilmədi. "Şair, səhhətiniz necədir?” sualına çox böyük çətinliklə "pisəm” deyə cavab verdikdən sonra səsi tamamən öləzidi. O səsimizi eşitdiyini, ancaq danışa bilmədiyini söylədi.

Dəstəyi götürən Musa Yaqubun gəlini Gülər xanım şairin səhhətinin nisbətən yaxşı olduğunu diqqətə çatdırdı:

"Həkimlər yeni bir şey demədilər. Əvvəldən yazılan dərmanları qəbul edir. Daim əlaqə saxlayırıq, amma yaxın günlərdə həkim qəbuluna getməmişik. Musa müəllimin müalicələri evdə davam edir. Açığı, əvvəlkinə baxanda vəziyyəti şükür ki, yaxşıdır”.

Qeyd edək ki, səksən yaşlı məşhur şair uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21