2018-06-13 19:35:44   |   398 dəfə oxunub

Tramp narazıdı: "OPEK yenə eyni işi görür, bu, yaxşı deyil”



ABŞ prezidenti Donald Tramp neftin qiymətindən narazı olduğunu bəyan edib.
APA-nın xəbərinə görə, bu barədə D. Tramp şəxsi "Twitter” səhifəsində yazıb. "Neftin qiyməti çox yüksəkdir. OPEK yenə eyni işi görür. Bu, yaxşı deyil”, - deyə o, bildirib.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,53% azalaraq 66,01 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,25 dollar və ya 0,33% azalaraq 76,63 dollar olub.






SON XƏBƏRLƏR

2018-06-22