2018-06-20 20:57:58   |   1285 dəfə oxunub

Əbülfəz Elçibəyin 80 illik yubileyi necə qeyd olunacaq ? - Mirmahmud Mirəlioğlu danışır



"Əbülfəz Elçibəyin 80 illik yubileyinin qeyd edilməsi üçün Təşəbbüs qrupu və İctimai Təşkilat Komitəsi yaradılıb”.

Bu barədə "Sherg.az”a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. O bildirib ki, komitədə əksər partiyalar təmsil olunublar:

"Təşkilat Komitəsinin ötən gün sonuncu iclası keçirildi və tədbirlər proqramı hazırlandı. İyunun 22-si saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçiriləcək. Bu zaman kitab və "CD” təqdim ediləcək. Jurnalistlər üçün elan edilən müsabiqənin nəticələri də həmin tədbirdə açıqlanacaq.

İyunun 24-də, saat 11-də isə Elçibəyin məzarı ziyarət ediləcək. Bundan sonra saat 15:00-da KXCP öz qərargahında xüsusi tədbir keçirəcək. Bundan başqa qeyd etməliyəm ki, ayrı-ayrı partiyalar fərdi şəkildə öz tədbirlərini keçirirlər. KXCP-nin 55 rayon şöbələrinin hamısında Əbülfəz Elçibəyin yubileyi qeyd olunacaq”.

M.Mirəlioğlu qeyd edib ki, ayrılıqda tədbir keçirən bütün partiyaların idarə heyəti təşkilat komitəsinə dəvət edilib:

"Təşkilat komitəsi fərq qoymadan bütün partiyalara, ziyalılara müraciət edib, dəvət ünvanlamışdı. Ayrılıqda tədbirlər keçirmək partiyaların daxili işidir. Amma biz hər kəsin bir arada mərhum prezidentin 80 illik yubileyini keçirməsini doğru hesab etdik”.

Qeyd edək ki, Elçibəyin 80 illik yubileyinin təşkil edilməsi üçün yaradılan Təşəbbüs Qrupu Ədalət Tahirzadə, Mircəlal Yusifli, Abbas Musayev, Novella Cəfəroğlu, Mehriban Vəzir, Almaz Əliqızı, Oqtay Məmmədov və İsfəndiyar İsgəndərovun iştirakı ilə təşkil olunub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24