2018-06-21 23:29:55   |   464 dəfə oxunub

Gürcüstan hökumətində yeni struktur dəyişiklikləri ediləcək



Gürcüstan hökumətində yeni struktur dəyişiklikləri ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani bildirib.
Nazir deyib ki, bu gün hökumətdə struktur dəyişiklikləri ilə bağlı məsləhətləşmələr başlayıb. Müzakirələr başa çatdıqdan sonra Baş nazir Mamuka Baxtadze yeni struktur dəyişiklikləri və ləğv olunacaq nazirliklər barədə siyahını təqribən 20 gündən sonra parlamentə təqdim edəcək. Yeni dəyişikliyə əsasən hazırkı 14 nazirlikdən 11-nin qalacağı bildirilir. Bundan sonra parlament yenidən hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də parlament Mamuka Baxtadzeni Baş nazir postuna təsdiq edib. Eyni zamanda, parlamentdə hökumətin yeni strukturu və inkişaf proqramı təsdiq edilib. Parlamentdə yeni hökumətin lehinə 99, əleyhinə isə 6 deputat səs verib.

Baş nazir Mamuka Baxtadze çıxışı zamanı hökumətin tərkibində dəyişikliklər olunacağını və bu dəyişikliklərin 6 nazirliyi əhatə edəcəyini bildirib.

Yeni hökumətdə artıq üç yeni nazir var. Ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri postuna Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkalian, maliyyə naziri vəzifəsinə isə Nikolaz Qaquai təyin olunublar.






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24