2018-06-22 14:51:23   |   213 dəfə oxunub

Gürcüstanda vəziyyət hər an nəzarətdən çıxa bilər

Yeni baş nazir ictimai rəyi daha çox nəzərə almağa çalışacaq




Gürcüstanda son günlər davam edən etiraz aksiyaları fonunda ölkənin baş naziri Giorgi Kvirikaşvili istefa vermişdi.
Sabiq baş nazirin istefasına prezidentlə arasında olan qarşıdurmanın da səbəb olduğu deyilirdi. Qısa zaman sonra iqtidardakı "Gürcü Arzusu” partiyası yeni baş nazir olaraq 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini irəli sürdü və onun namizədliyi təsdiqləndi. 

Ölkə parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərdi. Baş nazirin təyinatından sonra hökumətin tərkibi də formalaşdırıldı. Yeni kabinetdə üç nazir - maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişdirildi. Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri oldular.

Qonşu ölkədəki proseslərlə bağlı "Şərq”ə danışan politoloq Həsrət Rüstəmovun sözlərinə görə, Gürcüstanda polisin zorakılığı səbəbi ilə başlayan etirazlar siyasi müstəviyə daşındığı üçün baş nazir istefa verməyə məcbur oldu. Lakin ekspert düşünür ki, etirazlar səngiyəcək və yeni baş nazir ictimai rəyi daha çox nəzərə almağa çalışacaq: 

"Vurğulamaq lazımdır ki, Gürcüstan demokratik islahatlar sahəsində irəlidə olsa da, bu ölkədə çoxsaylı siyasi problemlər mövcuddur. Eyni zamanda Qafqazda daimi qeyri-stabillikdə maraqlı olan dövlətlər var. Bu baxımdan yeni siyasi çaxnaşmaların olması hər zaman mümkündür. Bu cür çaxnaşmalardan qonşumuz Gürcüstan da sığortalanmayıb”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20