2018-06-22 14:59:28   |   116 dəfə oxunub

Əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması müddəti dəyişdirilir


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması müddəti dəyişdirilir.
"Report”un xəbərinə görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).

Hazırda bu müddət 10 gündür.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.






SON XƏBƏRLƏR

2018-07-18