2018-06-23 15:42:26   |   1018 dəfə oxunub

Mixaylo”nun 100 illiyi ilə bağlı SƏRƏNCAM



Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin dekabr ayında Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə Müdafiə Nazirliyinə tapşırılır ki, Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25