2018-06-24 14:15:39   |   253 dəfə oxunub

Mövlüd Çavuşoğlu: Türkiyə gələcəyi üçün düzgün seçim edəcək




Bu günkü seçkilər Türkiyənin tarixində ən vacib hadisədir. Bu barədə bazar günü Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyədə gedən seçkilər yalnız ölkə üçün deyil, həm də regionda sabitliyin qorunması üçün çox vacibdir.

"Türkiyədəki seçkilər əvvəllər olduğu kimi bu gündə demokratik şəraitdə keçirilir”, Çavuşoğlu dedi.

Türkiyənin demokratik dəyərlərə sahib olduğunu və gələcəyi üçün düzgün seçimin edəcəyini nazir xüsusi qeyd etdi. (Trend)

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.






SON XƏBƏRLƏR

2018-07-18