2018-06-24 15:08:54   |   478 dəfə oxunub

İsrail əsgərlərinin yarıdan çoxu narkotikadan istifadə edir



İsrail ordusunda vəzifə yerinə yetirən əsgərlərin yarıdan çoxunun keçən il ən az bir dəfə narkotik maddə istifadə etdiyi bildirildi.





İsrail Narkotikaya qarşı Mübarizə Təşkilatının (IADA) araşdırmasına görə, İsrailli əsgərlər arasında narkotik istifadəsi getdikcə yayılır.
Araşdırmada, keçən il İsrail ordusunda vəzifə yerinə yetirən əsgərlərin yüzdə 54,3 faizinin ən azı bir dəfə narkotik maddə istifadə etdiyi ifadə olundu.
Son bir ay içində narkotik maddə istifadə edən əsgərlərin nisbətinin isə yüzdə 40 faizdən  çox olduğu ifadə edildi.
IADA, keçən il İsrail əsgərləri arasında narkotik istifadəninin 2009-cü ilə nisbətən 11faiz   artdığına diqqəti çəkdi.
İsrail ordusundakı əsgərlərin narkotikadan  istifadəsi keçən ilə qədər cinayət hadisəsi kimi qəbul edilir və həbs cəzası da daxil olmaqla müxtəlif   cəzalar tətbiq olunurdu.

Ancaq 2017-ci ildən etibarən bu qadağa götürülərək, əsgərlərin vəzifə başında olmadığı halda  5 dəfədən çox olmamaqla,  narkotikdan istifadəyə görə həbs cəzasını intizam cəzası ilə əvəz edilməsi qərarlaşdırılmışdı.

Ekspertlər, bu qərarın həm narkotik istifadə edən əsgərlərə qarşı icra edilən istintaqların gətirib çıxardığı maddi yükdən xilas olmaq, həm də əsgərlərə ikinci bir şans vermək üçün verildiyini  dilə gətirir.

Turan






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22