2018-06-25 12:15:29   |   412 dəfə oxunub

"Büdcəni artan neft gəlirləri hesabına şişirtməklə məşğuldurlar" - EKSPERT



"Dövlət büdcələrinin artması yeni layihələri həyata keçirməyə imkan verəcək"

Bu barədə "Sherg.az”a maliyyə naziri Samir Şərifovun dövlət büdcəsinə yenidən baxılması iə bağlı təklifinə münasibət bildirərkən İqtisadi Təşəbbüslərə Yardım Təşkilatlarının rəhbəri Azər Mehdiyev bildirib.
Onun sözlərinə görə, hələ ki büdcəyə yenidən baxmaq üçün bütün parametrlər tam açıqlanmayıb:

"Ancaq açıqlanan məlumatlara görə, büdcədə dünya bazarında neftin qiymətinin yüksək olması qiymətdən əlavə gəlir əldə etməyə imkan verir. Dövlət bu gəlirlərdən istifadə etməklə daha çox xərcləmələr nəzərdə tutur. Söhbət təkcə büdcənin vergi gəlirlərinin armasından getmir. Büdcəni 2 milyard manat civarında artırıblar ki, onun əksər hissəsi təqribən 1,5 milyarda qədəri Dövlət Neft Fondundan (DNF) daxil olub. Bu məqamda vergi gəlirlərindən büdcənin armasını demək doğru olmaz. Bu DNF-a daxil olan vəsaitdir. 

Həmin vəsaiti sadəcə olaraq hansısa bir layihələrə yönəltmək məqsədi daşıyır. Sırf büdcənin gəlir artımı təqribən 0.5 milyard manatdır. Həmin artımı da maliyyə naziri elan edib ki, neftin bahalaşması nəticəsində  xarici şirkətlərin vergi ödənişinin artırılması hesabına baş verəcək. Yəni birbaşa gəlir artımının hamısı neft gəlirləri hesabınadır. 2009-2013-cü illər arasındakı dövrdə olduğu kimi,  büdcəni artan neft gəlirləri hesabına şişirtməklə məşğuldurlar. 

Bu xərclərin çox cuzi hissəsi əmək haqqlarırna və digər sosial layihələrə yönəldilib. Artan xərclərin əsas hissəsi yenə iri dövlət şirkətlərinin subsidiyalaşdırılmasına verilir. Xüsusi ilə də burada vəsaitin böyük bir hissəsi Dövlət Neft Şirkətlərinə verilir.  Artan vəsait yenidən neft- qaz layihələrinin işlənməsinə xərclənəcək"

Qeyd edək ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov dövlət büdcəsinə yenidən baxlılmasının zəruni olduuğunu bildirib:
O bildirib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi büdcəyə yenidən baxımağı zəruri edir.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-07-18