2018-06-25 16:01:53   |   289 dəfə oxunub

"İŞİD sıradan çıxıb və indi əsas məsələ Suriyanın taleyidir"




"İki supergüç dövlət rəhbərlərinin görüşü önəmli hadisədir”.

Bunu "Sherg.az”a Rusiya prezidenti Vladimir Putin və ABŞ rəhbəri Donald Tramp arasında keçiriləcək görüşün detallarını izah edərkən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib. 

Onun fikrincə, görüş zamanı dünya siyasətində baş verən ən aktual hadisələr müzakirə ediləcək:

"Həmçinin, ikitərəfli münasibətlərin müzakirəsinə üstünlük verilməsi də gözlənilir. Çünki ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Növbəti görüşdə, V.Putin çalışacaq ki, bu məsələni ciddi formada gündəmə gətirsin, hansısa nəticəyə nail olsun.

Prezidentlər arasında ikinci müzakirə mövzusu isə Yaxın Şərqdə baş verən hadisələrdir. İŞİD terror təşkilatının əsas strukturu artıq dağıdılıb. Düzdür, terrorçular ətraf ölkələrə səpələnib, amma istənilən halda İŞİD sıradan çıxıb. Bundan sonrakı məsələ Suriyanın taleyidir.

Əlavə olaraq, ABŞ və Rusiya İran-İsrail münasibətlərini müzakirə edəcəklər. Çünki terrorizmə qarşı birgə mübarizə tədbirləri önəmli məsələdir. Görüş zamanı, gündəmdə olan, həmin vaxta təsadüf edən digər problemlər də diqqət mərkəzində olacaq”.

Qeyd edək ki, Avstriyanın "Kronen Zeitung" nəşri Rusiya və ABŞ prezidentlərinin iyulun 15-də Vyanada görüşəcəkləri xəbərini yayıb. Qəzet iddia edir ki, Avstriya hökuməti artıq indidən bu görüşün keçirilməsinə hazırlaşır.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-18