2018-06-25 18:23:03   |   238 dəfə oxunub

"Ərdoğanın qələbəsi gözləniləndən də qüdrətli oldu" - Tofiq Abbasov




"Türkiyədə keçirilən seçkilər böyük maraq doğurduğundan hər zaman gərgin bir prosesə çevrilir. Son hazırlıq işlərindən və mitinq, təbliğat, təşviqat gedişatından da görürük ki, orada proses çox yüksək bir gərginlik halında keçir. Bu da təbiidir. Çünki Türkiyənin demokratiyası özünü təsdiqləyib". 

Bu sözləri "Sherg.az"a politoloq Tofiq Abbasov söyləyib. Onun qənaətincə, qardaş ölkədəki seçki prosesi işlək mexanizmdir. Düzdür burada xarici qüvvələr təxribatlara yol verir. Onların yanaşmalarında, müdaxilələrində xoşagəlməz repotikalar da müşahidə olunurdu: 

"Ancaq bir neçə gün əvvəl təşkil olunan görüşlərdə R.T. Ərdoğan öz həmvətənlərinə üz tutub soruşdu: Biz Qərbə demokratiyanı göstərə biləcəyik ? " Hamı birlikdə "Əlbəttə"dedi. Bu təsadüfi sual deyildi. Məsələ onda ibarət idi ki, 2016-cı ilin iyul hadisələrindən sonra Qərbin Türkiyəyə qarşı təzyiqi artır. Qərb "qara piar" üçün həmişə bəhanələr axtarır. Onları da çox kobud formada istifadə edirlər. Bu seçkilər göstərdi ki, Türkiyənin elektoratı çox düşüncəli, dərrakəli bir elektoratdır. Partiyalar arasında çox böyük rəqabət müvcud idi. Ancaq rəqib olmaq düşmən olmaq deyil. Türk insanları, türk vətandaşları gözəl anlayır ki, cəmiyyəti ən yüksək zirvəyə aparan yol  rəqabətdən, sağlam qarşıdurmadan keçir. Bu sağlam qarşıdurma da qanununlar çərçivəsində baş verdi . Türkiyənin qanunverici aktları və onların tələbləri çərçivəsində insanlar öz borclarını verdilər. Artıq mən deyərdim ki, bu nəticə gözləniləndən yüksək səviyyədə alındı. 

Bu da təsadüfidir. Həqiqətən, Rəcəb Tayyib Ərdoğan və onun hakimlik etdiyi partiya Türkiyəyə lazımdır. Təsadüfi deyil ki, 2007-2008-ci ildən bu yana Türkiyənin iqtisadi durumu çox yaxşı idi. Sonda Türkiyə iqtisadi inkişafına, potensialına və qüdrətinə görə, dünya çapında 17-ci yerə çıxdı. Orada bir qədər geriləmələrin olması düzdür. Bu böhran prosesi dərinləşir. Bu da təsadüfi deyil. Çünki daxili qüvvələr, Qərb dövlətləri, Avropa İttifaqının özü bu seçkilərdə böyük ümidlər bəsləyirdilər ki, Ərdoğan və onun ətraf qüvvəsi büdrəyəcək. Amma bu, baş vermədi. Ərdoğanın qələbəsi gözləniləndən də qüdrətli oldu".

Prezident seçkiləri ilə eyni gündə baş tutan parlament seçkilərində HDP-nin MHP-ni üstələməsinə toxunan T.Abbasov bəyan edib ki, Türkiyənin daxilində öz demokratiyası var:

"Ona kənar qüvvələr təsir edə bilmir. Bu da yerli idarəetmə orqanlarının müəyyən bir təcrübə toplamasından irəli gəlir. Onlarda artıq bu sistem formalaşıb. Hakimiyyət orqanlarının fəaliyyətindən, bələdiyyələrin davranışlarından çox şey asılıdır. Müxtəlif regionlarda müxtəlif ab-hava var. Biz sadəcə yekun bir nəticəni gözdən keçiririk. Bəzən bir regionda birləşmiş qüvvələr, təşkilatlar Ərdoğan hakimiyyətini istəmir. Ona qarşı etiraz aksiyası keçirir. Amma ümumi Türkiyə strukturuna nəzər salanda görürük ki, bu, elə deyil. Bəzən elə partiyalar var ki, köylərdə, əyalətlərdə, bəzilərinin də şəhərlər də mövqeyi güclüdür. 

Onların müvqeylərinin güclü olduğu yerlərdə fəaliyyətləri də yüksək olur. Amma toplam bir yerə yığılanda belə bir mənzərə alınmır. Məsələn, MHP-nın partiyasının problemli vəziyyətini təxmin edənlər çox idi. Ancaq biz gördük ki, iki amil burada faktiki olaraq qarşı qarşıya gəlir. Bunlardan biri "Cümhur ittifaqı" olan MHP, digəri isə onlara müxaliflik edən HDP idi. Bəzi partiyaların yüksək göstəriciləri toplaması da onların etdikləri, özlərini göstərmələri mühüm şərtdir. Hələ öz fikirini müəyyən edə bilməyən adamlar var.  Məhz seçim günündə görürsən ki, müəyyən faktların, cərəyanların təsiri altında onlar artıq öz seçimlərini ediblər. Burada bir çox siyasi maraq və müdaxilələr var”.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-07-18