2018-06-25 18:53:05   |   220 dəfə oxunub

Serj Sarkisyanın qardaşı saxlanılıb


 Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı, sabiq baş nazir Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda şübhəli bilinərək polis bölməsinə aparılıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin İctimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəhbəri Aşot Aqaronyan deyib.

"Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda şübhəli bilinərək polis bölməsinə aparılıb", - Aqaronyan bildirib.

Hadisə barədə əlavə məlumat verilmir.






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22