2018-06-29 18:54:55   |   1027 dəfə oxunub

"Bu qədər hərbi qüdrəti olan dövlət işğalla barışa bilməz" - Millət vəkili



"100 illik tarixi olan ölkənin ordumuzun 100 illik yubileyi münasibətilə möhtəşəm hərbi parad keçirməsi hər bir vətəndaş üçün qürurverici oldu”.

Bunu "Sherg.az”a millət vəkili Fəzail İbrahimli söyləyib. 

Onun sözlərinə görə, dövlət başçısı xalqın qürur duyduğu parada "əliboş” gəlməmişdi:

"Hərbi paradın bu cür möhtəşəm keçirilməsi elə dünyaya əhəmiyyətli mesaj idi ki, bu qədər gücü, qüdrəti olan dövlət işğalla barışa bilməz. İşğala boyun əymək qüdrəti olmayan, cəsarətsiz dövlətlərin işidir. Bizim isə ordumuzun hərbi gücü, dövlətimizin qüdrəti, iqtisadi potensialımız yüksək səviyyədədir.

 Azərbaycan hələ ki, dünyanın aparıcı ölkələrinin ikili standartlarla yanaşmasının nəticələrini səbirlə izləyir. Son anda dünya birliyinin bəhanələri tükəndikdə, bütün variantlar sıradan çıxdıqda Azərbaycan hərbi vasitəyə əl atacaq və torpaqlarını azad edəcək.

Əslində 90-cı illərin əvvəllərində bir qrup quldur, separatçı qüvvələr tərəfindən Azərbaycan torpaqlarının iyirmi faizi deyil, həmçinin Ermənistan xalqı işğal olunmuşdu. Həmin hakimiyyətin iç üzü açıldı, ifşa olundu. Ona görə, indi Ermənistan hakimiyyətində korrupsiya, qanunsuzluqla bağlı faktlar ortaya çıxdı.

Son hərbi parad sayəsində Azərbaycanın işğalla barışacağı barədə düşünənlərinin fikirləri alt-üst oldu. Bu cür qüdrətli Silahlı Qüvvələri olan ölkənin, qətiyyətli dövlət rəhbəri olan Azərbaycanın torpağı işğalda qala bilməz”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident vurğulayıb ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.

Aysel Aslan










SON XƏBƏRLƏR

2018-11-21