2018-07-01 12:21:31   |   661 dəfə oxunub

Ölüm kamerasında asılmağı gözləyən İŞİD-çilər – “Azərbaycanlı qadınlar da burada olub”


Britaniyanın "Daily Mail” qəzetinin reportyoru İraqda, Bağdad həbsxanasında asılmağı gözləyən yüzlərlə İŞİD-çinin saxlanıldığı ölüm kamerasına baş çəkib. İlk dəfədir İraq hakimiyyəti bu həbsxanaya jurnalistin keçməsinə icazə verir.
Virtualaz.org xəbər verir ki, britaniyalı jurnalist hazırda həmin kamerada 250-dən çox İŞİD üzvünün asılmaq üçün növbə gözlədiyini yazıb.

Belələrindən biri Səddam Kərim Salemdir. O, həvəslə jurnalistə İŞİD üçün dəfələrlə necə bomba hazırladığını izah edir. Bombanın hissələrini göstərərək müstəntiqə deyir ki, bu qurğunu mobil telefonla işə salmaq olur. "Telefon zəngi gələn kimi iki saniyədən sonra bomba işə düşür”-terrorçu izah edir.

Salem deyir ki, onun hazırladığı qurğu sonuncu dəfə 20-yə yaxın adam, o cümlədən amerikalı əsgərləri öldürüb. Nəzarətçi isə düzəliş verir-ölənlərin sayı daha çox olub. 29 yaşlı Salem bu sözləri edam olunmazdan az əvvəl deyib. Ötən həftənin cümə günü onu bir qrup İŞİD terrorçusu ilə birlikdə asıblar.


Həbsxanada çoxlu sayda qadın da saxlanılır, onlar azyaşlı uşaqlarını tez-tez özlərinə sıxırlar. Cihadda ittiham olunan bu qadınların günahları sübut edilsə onları da dar ağacə gözləyir.

İki ay əvvəl bu həbsxanada Azərbaycandan olan 6 və Tacikistandan olan 4 qadın da edam edilib. Bağdadın Nəsiriyyə həbsxanasında terrorçuların normal şəraitdə saxlanıldığını dünyaya göstərmək üçün İraq hakimiyyəti ilk dəfə xarici jurnalisti ora buraxıb. Həbsxana ətrafında çoxsaylı blok-postlar, snayper postları, hərbçilər yer alır. Yaxınlıqdakı aerodromda F-16 təyyarələri düzülüb.

Həbsxanada cəmi 500-ə yaxın məhbus var, onların yarısı ölüm kamerasında saxlanılır. Çünki ölüm cəzası alıblar. İraq hakimiyyəti İŞİD-in məğlub edilməsindən sonra bu terror qruplaşması ilə bağlı olan 20 minə yaxın adamı həbs edib.

Jurnalist ölüm kamerasında saxlanılan məhbusların bir neçəsi ilə söhbətləşib, onların bioqrafiyasını araşdırıb. Bunlar dəfələrlə terror aktları törədib çoxsaylı mülki sakini, hərbçiləri və polisləri öldürənlərdir. Məhbuslar arasında xarici vətəndaşlar da var.

İki gün əvvəl İraq Daxili İşlər Nazirliyi Bağdad həbsxanasında 13 İŞİD üzvünün asıldığını elan edib və onların fotolarını yayıb. İraq hakimiyyəti edam cəzalarının icrasını sürətləndirməyə çalışır. Çünki məhbusların sayı çoxdur…






SON XƏBƏRLƏR

2018-07-18