2018-07-07 00:16:04   |   2113 dəfə oxunub

Fransa və Belçika yarımfinalda, Braziliya mundialla vidalaşdı



Dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Qol.az xəbər verir ki, ilk oyun günündə 2 yarımfinalçı müəyyənləşib. Əvvəlcə meydana Fransa və Uruqvay çıxıb. 2:0 hesabı ilə qalib gələn Fransa ilk yarımfinalçı olub.
Günün ikinci oyununda da Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gəlib/ Mundialın favoritlərindən sayılan Braziliya Belçikanı sınağa çəkib. Beşqat dünya çempionu olan cənubi amerikalılar bu oyunda məğlub olmaqla turnirlə vidalaşıb.
Beləliklə yarımfinalda Fransa və Belçika milliləri üz-üzə gələcək.

Dünya çempionatı
1/4 final
6 iyul

Braziliya – Belçika - 1:2
Qollar: Fernandinyo, 13-avtoqol (0:1), de Brüyne, 31 (0:2), Renato Auqusto, 76 (1:2)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena


Uruqvay - Fransa - 0:2
Qollar: Varan, 40, Qrizmann, 62
Hakimlər: Nestor Pitana, Hernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu

7 iyul

18:00. İsveç - İngiltərə
22:00. Rusiya - Xorvatiya






SON XƏBƏRLƏR

2018-11-15