2018-07-08 12:46:53   |   1188 dəfə oxunub

Azərbaycan əsilli futbolçu Rusiya millisindəki karyerasını bitirdi

Moskva "Spartak"ının yarımmüdafiəçisi Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov Rusiya yığmasından getdiyini bildirib. Bu barədə futbolçu özü deyib.

Futbolçu DÇ-2018-in 1/4 final mərhələsində Xorvatiyaya qarşı matçın onun üçün sonuncu olduğunu açıqlayıb. Səmədov 2011-ci ildən Rusiya yığmasında sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. O, komandada 53 oyun keçirib və 7 qol vurub.

Hazırda Səmədovun 33 yaşı var.






SON XƏBƏRLƏR

2018-11-20