2018-07-08 13:24:59   |   1158 dəfə oxunub

Ronaldonun “Yuventus”a keçəcəyi tarix bilindi - “Real” açıqladı

"Real”ın hücumçusu Kriştianu Ronaldo "Yuventus”a keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "kral klubu”nun prezidenti Florentino Peresin qarşıdakı həftənin 2-ci günü direktorlar şurasının iclasında portuqaliya futbolçunun gedişini açıqlayacağı gözlənilir.

Klub rəhbərliyi Ronaldonun qarşısına belə bir şərt qoyub ki, oyunçu ictimaiyyətə komandadan ayrılmaq qərarının özünə məxsus olduğunu açıqlamalıdır. Əks-halda F.Peres təzminat məbləğinin 100 milyon avroya endirilməyəcəyini bildirib.

Qeyd edək ki, Ronaldonun "Yuventus”la 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17