2018-07-08 22:28:02   |   178 dəfə oxunub

Türkiyədə sərnişin qatarı qəzaya düşdü - 10 ölü, 73 yaralı - YENİLƏNİB




Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.
APA-nın məlumatına görə, bu barədə "Milliyet” Səhiyyə nazirliyinə istinadən xəbər verib.
Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20