2018-07-10 16:19:38   |   136 dəfə oxunub

Silahlı Qüvvələrdə siyasi partiya və QHT yaratmaq qadağan edildi - SƏRƏNCAM


Ölkə başçısı İlham Əliyev "Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
"Sherg.az"ın AZƏRTAC-a istindən verdiyi xəbərə görə, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır”.
Prezident həmçinin "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda da dəyişiklik edib.
Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır”.







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20