2018-07-10 16:27:59   |   398 dəfə oxunub

"Azərbaycanın maktoiqtisadi dayanıqlılığı daha da möhkəmlənəcək" - AÇIQLAMA



"İqtisadiyyatımızın müəyyən problemlərdən sonra güclü qalması Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlarla bağlıdır”

Bu sözləri "Sherg.az”a iqtisadçı-ekspert Pərviz Heydərov  Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin iqdisadi və maliyyə sektorunda şəfaflığın qorunmasına dair fikirlərinə münasibət bildirərkən deyib.

Ekspertin qənaətincə, son illər ərzində iqtisadiyyatımızın yaxşılaşdırılması yönündə dövlət başçımızın atdığı addımlar hamımıza məlumdur:

”2014-cü ilin birinci yarısına kimi Azərbaycanın iqtisadiyyatında heç bir problem görünmürdü. Həm makroiqtisadi göstəricilər, həm də ölkədə iqtisadi artım səviyyəsi elə bir vəziyyətdə idi ki, sanki bu sahələrdə möhkəm dayanıqlılıq mövcud idi. 2014-cü ilin yayından başlayaraq neftin qiymətinin dünya bazarlarında ucuzlaşmasından dolayı yaranan probləmlər ölkə iqtisadiyyatının tam möhkəm və dayanıqlı şəkildə olmadığını göstərdi. 2015-2016-cı illərdə Azərbaycanda devalvasiyaların yaşanması, ölkənin valyuta ehtiyatlarının bir qisiminin valyuta bazarını tənzimləmək məqsədilə  istifadə olunması nəticəsində Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının 11 milyarddan çoxunu xərcləndi. Bu da höküməti qeyri-neft sektorunda atılmış addımlar sürətləndirməyə vadar etdi. Qeyri-neft sektorunun məhsullarının istehsalını genişləndirmək məqsədi ilə dəstək xarakterli müəyyən tədbirlər və işlər görüldü. Ölkə iqtisadiyatının gələcək inkişafı ilə bağlı strareji yol xəritəsi hazırlandı. Dövlət başçısının qeyri-neft sektoru ilə bağlı həyata keçirdiyi tədbirlər qısa müddət ərzində daha da sürətlənməyə başladı. Açıqlamalarımda dəfələrlə bildirmişəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər qısa müddətdə öz nəticəsini verə bilməz. Bunun üçün müəyyən bir dövr lazımdır. Həmin dövrü qısaltmaq üçün görülməli ilk iş maliyyə şəfaflığını yaradılmsı və sahibkarlığın inkişafının təşviq olunmasıdır. Bu işlər 2016-cı ildən sonra cənab Prezidentin biləvasitə şəxsi təşəbbüsü nəticəsində daha da sürətləndi. Əgər 2015-2016-cı illərdə devalvasiya zamanı  maliyyə ehtiyatlarımız olmasaydı, həmin devalvasiyalar zamanı daha böyük itkilər verərdik. Ən əsası odur ki, makroiqdisadi dayanıqlılığı itirmədik. O vaxtdan başlayaraq Azərbaycan makroiqtisadi dayanıqlılığın mühkəmlənməsi istiqamətində görülən işlər xeyli irəliləmişdi. Ümüd edərəm ki, bu davamlı xarakter daşıyacaq. Çünki bunun üçün həm neftin dünya bazarlarında qiyməti əlverişlidir, həm də bu yöndə islahatlar davam etdirilməkdədir. Yaxın günlərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı gözlənilən bir sıra yeniliklər maktoiqtisadi dayanıqlılığın daha da möhkəm xarakder daşıyacağını deməyə imkan verir”.

Prezidentin "Kənd təsərrüfatı sahəsində ən müasir standartlar tətbiq edilir" fikrinə diqqət çəkən P.Heydərov qeyd edib ki, kənt təsərrüfatı qeyri-neft sektorunun ən aparıcı sahəsidir:

"Onun inkişafı isə müasir dövrdə iri, xırda və orta sahibkarların sahibkarlıq subyektlərinin inkişaf etdirilməsini, dövlət tərəfindən onlara müvafiq dəstək göstərilməsini, onlara öz məhsullarını asan yolla bazara çıxarmağın təmin olunması kimi məsələlərin həll olunmasını tələb edir. Bu istiqamətdə hazırda müvafiq işlər aparılır. Amma burada müxtəlif məqamlar var. Müəyyən bir texnologiyanın ölkəyə alınıb gətrilməsi elə bir ciddi problem deyil. Müasir texnikanı alıb ölkəmizə gətirmək müsbət haldır. Bu zaman gərək fermerlərə də müəyyə biliklər verilsin. Yəni müasir  texnologiyalarla düzgün və səmərəli işləmələri üçün fermerləri, xırda və orta istehsalçılara həmin texnikanın iş prinsipini, düzgün işlədilməsini başa salmaq lazımdır. Bununla yanaşı kənt təsarüfatında bəzi sahələri inkişafı üçün kadrlar hazırlanmasını da nəzərdən qaçırmamalıyıq. Müxtəlif növ texnikanın alınıb Azərbaycana gətirməyə ölkəmizin kifayət qədər gücü var”.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-07-18